Qırıcı dənizə düşdü - Aralıq dənizində

Rusiyanın “Admiral Kuznetsov” təyyarədaşıyan qrupunun tərkibindəki ikinci qırıcı qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, bu haqda nüfuzlu aviasiya jurnalisti Dvevid Sensiotti “The Aviationist” nəşrində yazıb.
Jurnalistin məlumatına görə, Su-33 qırıcısı Aralıq dənizindəki təyyarədaşıyana eniş edərkən dənizə düşüb. Pilot xilas olmağı bacarıb.
Sensiotti məlumatlı hərbi mənbələrinə istinadən bildirir ki, təyyarənin eniş vaxtı hava şərtləri yaxşı olub: 10 kilometrdən yuxarı görünüş və küləyin sürəti saatda 20 kilometrdən az.
Bildirilir ki, qırıcı aerofinişerin burazlarına ilişməyib və növbəti dairə üçün hündürlüyü yığa bilməyərək gəminin burnu ətrafında dənizə düşüb.
Rusiyanın səlahiyyətli mənbələri informasiyan;n həqiqətəuyğun olduğunu bildiriblər.
Daha əvvəl isə - noyabrın 14-də l“Admiral Kuznetsov” təyyarədaşıyan qrupunun tərkibindəki MiQ-29KR qırıcısı qəzaya uğramışdı.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












