Qırıcı təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var - VİDEO
Qəzalar
22 Avqust 2025 23:42
Oxunub 560

Malayziyanın Kral Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Kuantandakı Sultan Hacı Əhməd Şah hava limanında havaya qalxarkən alovlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “The Star” portalı məlumat yayıb.
Məlumata görə, təyyarə qalxma zamanı alışıb və qısa uçuşdan sonra yerə çırpılıb. Məlum olub ki, hər iki pilot katapulta ilə atılmağa müvəffəq olub, onlar hazırda xəstəxanadadırlar.
Qəzanın səbəbləri araşdırılır..
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














