Qeyd edildiyi kimi, xilasedicilər zərərçəkənləri sahilə çıxarmağa başlayıb, lakin xilas edilənlərin dəqiq sayı açıqlanmayıb. Turistlərin vətəndaşlığı barədə də məlumat verilmir.
Məlum olub ki, yaxta noyabrın 24-də yola düşüb və beş gün sonra Hurqadaya enməli idi. Noyabrın 25-i bazar ertəsi səhər o, qəza siqnalı göndərib. Qəzanın səbəbləri araşdırılır.