Qırmızı işiqda keçən “KamAZ” avtomobili vuraraq parka saldı - VİDEO
Qəzalar
4 Oktyabr 2023 20:32
Oxunub 3102

Abşeron rayonu Xırdalan şəhərində nəqliyyat vasitələrinin toqquşmasıyla nəticələnən qəza baş verib.
Avtosfer.az-ın məlumatına əsasən, hadisə oktyabrın 2-də günorta saatlarında qeydə alınıb. Belə ki, 99-RD-559 dövlət nömrə nişanlı, “Granta” markalı avtomobil “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb “KamAZ” sürücüsünün qayda pozması olub. İşıqfora məhəl qoymayan yük maşını avtomobili vuraraq yararsız vəziyətə salıb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













