Qırmızı işıqda keçən motosiklet maşınla TOQQUŞDU - DİN görüntüləri yaydı - VİDEO

Paytaxtın Yasamal rayonunda yol qəzasl olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, qəza bu gün səhər saatlarında Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib:
"Müşahidə kamerasının qeydə aldığı görüntüyə əsasən motosiklet sürücüsü svetoforun qadağanedici siqnalının tələbinə məhəl qoymayaraq gəldiyi sürətlə hərəkətə başlayan minik avtomobilinə çırpılır. Kəsişmədə piyada keçidindən keçən piyadalar isə qəzadan xilas olurlar. Növbəti dəfə edilən diqqətsizlik, qaydalara əməl edilməməsi xəsarətlə nəticələnən ağır qəzanın baş verməsi ilə yanaşı, kəsişmədə dəqiqələrlə nəqliyyat sıxlığı yaradır. Təqdim etdiyimiz bu videoda olanlar bir daha göstərir ki, bəzi sürücülər svetoforun qırmızı işığından keçməklə, təkcə sürücü və sərnişinlərin yox, piyadaların da həyatını təhlükəyə atırlar. Svetoforun qırmızı işığından keçməyin nəticəsi qəzalara, insan həyatı sağlamlığı üçün fəsadlara səbəb olur".
Kürdəmirdə ağır qəza: "Audi" dörd piyadanı vurdu - FOTO
Gəncədə “07” "Hyundai"la toqquşdu – 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO
Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü - FOTO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO
Lənkəranda zəncirvari qəza - Xəsarət alanlar var - FOTOLAR
Lüks avtomobil məktəbli avtobusunun altına girdi – Sürücü yüngül yaralandı - VİDEO
Beyləqanda “Prado”ya çırpılan “VAZ” tanınmaz hala düşdü - VİDEO
Sumqayıtda zəncirvari qəza - Üç avtomobil toqquşdu - VİDEO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçdılar - 90-KC-160 - FOTO
Masallıda yük maşınıyla toqquşan “VAZ” əzik-əzik oldu - VİDEO








