Qırmızı işıqdan keçən sürücü qəza törətdi: 2 nəfər yaralanıb - VİDEO

Bakının Nəsimi rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, hadisə "Audi" markalı avtomobilin Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsindəki işıqforun qırmızı işığında keçməsi nəticəsində qeydə alınıb.
Bu zaman "Audi" digər işıqforun yaşıl işığında keçən "Nissan" markalı avtomobilə, ardınca isə "Mercedes"ə çırpılıb. Sonuncu avtomobil də öz növbəsində işıqforun dirəyinə dəyib. Qəza nəticəsində Fərid Hüseynov və Klim adlı xarici ölkə vətəndaşı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hər üç avtomobil deformasiyaya uğrayıb. Azadlıq prospektində maşınların sıxlığı yaşanıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Qəzanın dəqiq səbəbləri araşdırılır.
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bilgəhdə faciəli QƏZA: Sürücü və sərnişin öldülər
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR












