“Qırmızı”dan keçən "BMW" AĞIR QƏZA TÖRƏTDİ: 6 maşın toqquşdu, yaralı var – FOTO (YENİLƏNİB)

Sumqayıtda baş verən qəzada “BMW” markalı avtomobildə olan sərnişin və "KIA Ceed" markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb.
Avtosfer.az Bu barədə Oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib.
O bildirib ki, baş verən hadisə ilə bağlı araşdırma aparılır:
"Yanvarın 4-ü səhər saat 06:54-də Sumqayıt şəhəri, Sülh küçəsi SOCAR yanacaqdoldurma məntəqəsinin yaxınlığında “BMW” markalı 77-CX-915 dövlət nömrə nişanlı avtomobillə "Sumqayıt Nəqliyyat" MMC-yə məxsus 10 saylı marşrut xətti üzrə işləyən "Isuzu" markalı 50-AE-809 dövlət nömrə nişanlı sərnişin avtobusu, 10-TJ-127 dövlət nömrə nişanlı "Lexus", 99-DS-119 dövlət nömrə nişanlı "KIA Rio", 10-ED-420 dövlət nömrə nişanlı “VAZ-2107”, 77-EE-359 dövlət nömrə nişanlı "KIA Ceed" markalı avtomobillər toqquşub. Nəticədə “BMW” markalı avtomobildə olan sərnişin və "KIA Ceed" markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb. Baş verən hadisə ilə bağlı araşdırma aparılır".
**
Sumqayıtda 5 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, səhər saat 07:00 radələrində "BMW" markali avtomobil qırmızı işıqda sürətlə keçərək sərnişin marşrutuna və digər avtomobillərə çırpılıb. Nəticədə sərnişin marşrutu aşıb.
Xeyli sayda yaralı olduğu bildirilir. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.
.jpeg)
.jpeg)

.jpeg)
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi












