Qisas hissi sürücüyə baha başa gəldi - VİDEO
Qəzalar 15 Mart 2023 19:50 Oxunub 38128
Qisas hissi sürücüyə baha başa gəldi  - VİDEO

Qisas almaq istədi, həyatını təhlükəyə atdı.
Avtosfer.az xəbər verir ki, sosial media izləyicilərinin maraq obyektinə çevrilən görüntü Albaniyada cərəyan edib. Həvəskar telefonu ilə çəkilən görüntüdən də göründüyü kimi magistral yolda irəliləyən avtomobil önündəki kamazın yavaş sürətlə getməsinə  səbrsiz davranaraq yolun digər xəttinə keçib. Avtomobil sürücüsünün hərəkətindən qıcıqlanan kamaz ondan qisas almaq üçün eyni hərəkəti təkrarlayıb. Maşının hərəkət etdiyi xəttin qarşısına keçən yük avtomobili sola-sağa manevr etdiyi zaman  arxa tərəfi ağırlığa tab gətirməyərək yerə aşıb. İşini ehtiyatlı görən avtomobil sahibi mövcud qəzanın pəncəsindən rahatlıqla çıxıb. Uğursuz qisas sahibi olan kamaz sürücüsü isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Nərmin Əkbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh