Qobustanda maşında sıxılı vəziyyətdə qalan şəxs xilas edilib - VİDEO
Bakı-Şamaxı yolunun 88-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 88-ci kilometrində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə nazirliyə məlumat daxil olub.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qobustan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.
Müəyyən olunub ki, VAZ-2107 markalı minik avtomobili ilə “KİA-Ceed” markalı minik maşınının toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. VAZ-2107 markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1974-cü il təvəllüdlü Kamil Ceyfun oğlu Baxışovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.