Banner

Qobustanda qəza: Xəsarət alan var - VİDEO - YENİLƏNİB

Qəzalar 5 Yanvar 2026 17:06 Oxunub 306
Qobustanda qəza: Xəsarət alan var   - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qobustanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin sayı artıb.

Bu barədə Oxu.az-a Qobustan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan üç nəfər (kişi) yanvarın 4-ü saat 17:00-da Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən bir nəfər ambulator müalicə üçün evə buraxılıb. Vəziyyətləri ağır qiymətləndirilən iki nəfər isə daha ixtisaslı tibbi xidmət almaq üçün Bakı şəhərində yerləşən tibb müəssisələrinə təxliyə olunublar", - məlumatda vurğulanıb.

***10:18

Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax tolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkətdə olan "Toyota" markalı maşınla toqquşub.

Hadisə nəticəsində "Chevrolet"in sürücüsü 26 yaşlı Rəfa Ağalı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh