Qobustanda yol qəzası baş verib, xəsarət alanlar var

Qobustan rayonunda yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, bu gün saat 18:00 radələrində Bakı istiqamətində hərkətdə olan "Nissan Teana" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı beton səddə çırpılıb. Nəticədə sürücü, Şəki rayon Zunut kənd sakini, 1990-cı il təvəllüdlü Həşimov Yusif Araz oğlu və avtomobildə olan 3 sərnişin - Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Nicat Bayram oğlu Şəhriyev, Qəbələ rayon sakini, 1991-ci il təvəllüdlü Cəlal İlqar oğlu Əmirov və 1993-cü il təvəllüdlü Cəlal Maarif oğlu Camulov ağır bədən xəsarətləri ilə Qobustan və Şamaxı rayonlarının xəstəxanalarına yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












