Qonşusunu avtomobillə vuraraq öldürdü - Abşeronda

Abşeron rayon sakini avtomobili ilə gətirdiyi şəxsi bir dəqiqə keçməmiş vuraraq öldürüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
Məlumata görə, Abşeron rayon sakini (adı hələlik məlum deyil) "Ford" markalı yük avtomobili ilə gətirdiyi 1965-ci il təvvəllüdlü Mirzəyev Hafiz Budaq oğlunu küçədəki marketin yaxınlığında düşürüb. H.Mirzəyev marketə daxil olub, dərhal da çıxıb. Bir dəqiqə əvvəl onu avtomobillə gətirən qonşusu isə H.Mirzəyevi ehtiyatsızlıqdan avtomobillə vurub.
Ağır yaralanan H.Mirzəyev sakinlərin köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məlumata görə, "Ford" markalı avtomobilin sürücüsü H.Mirzəyevin qonşusudur və o, hadisənin şokundan komaya düşüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












