Qonşusunu maşınla qəsdən vuran şəxs sərbəst buraxıldı - Şirvanda

Şirvanda qonşusunu maşınla qəsdən vuran şəxs sərbəst buraxılıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, iyulun 14-də Şirvan şəhəri Y. Çəmənzəmənli küçəsində yaşayan qonşular arasında münaqişə yaranıb. Sonra onlardan biri, həmin küçədə yaşayan 1976-cı il təvəllüdlü Əliyev Teymur Əli oğlu avtomobillə qonşusu, 1996-ci il təvəllüdlü Şıxıyev Rahim Şıxı oğlunu qəsdən vurub. Sonuncu çanağın sınığı diaqnozu ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hadisə yerindən yayınan T. Əliyev bir müddət sonra polis tərəfindən saxlanılıb və ifadəsi alındıqdan sonra buraxılıb. Saxlanılan şəxs kəskin böyrək çatışmazlığından əziyyət çəkir. Həftədə 4 dəfə böyrək funksiyasını yerinə yetirən dializ aparatına qoşulması nəzərə alınaraq, T. Əliyev barəsində həbs-qəti imkan tədbiri seçilməsi məhkəməyə qədər təxirə salınıb. Ondan başqa yerə getməmək haqqında iltizam alınıb. Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












