Qonşusunu maşınla vurub öldürən şəxs tutulub - Abşeronda

Abşeron rayonunda "Ford" markalı yük avtomobili ilə qonşusunu vuraraq öldürən sürücü tutulub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisəni Mehdiabad qəsəbə sakini 23 yaşlı Sənan Cəfərov törədib.
Qeyd edək ki, oktyabrın 17-də Abşeron rayon sakini S.Cəfərov idarə etdiyi avtomobil ilə gətirdiyi şəxsi bir dəqiqə keçməmiş vuraraq öldürüb. Belə ki, S.Cəfərov "Ford" markalı yük avtomobili ilə gətirdiyi 1965-ci il təvvəllüdlü Mirzəyev Hafiz Budaq oğlunu küçədəki marketin yaxınlığında düşürüb. H.Mirzəyev marketə daxil olub, dərhal da çıxıb. Bir dəqiqə əvvəl onu avtomobillə gətirən qonşusu isə H.Mirzəyevi ehtiyatsızlıqdan avtomobillə vurub.
Ağır yaralanan H.Mirzəyev sakinlərin köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
"Ford" markalı avtomobilin sürücüsü S.Cəfərov H.Mirzəyevin qonşusudur və o, hadisədən sonra şok keçirib.
Faktla bağlı cinayət işi başlanılıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












