Banner

Quba-Bakı yolunda qəza - "Avtomobili məcburən dəmirlərə çırpdım" - FOTO - VİDEO

Qəzalar 20 İyul 2022 13:29 Oxunub 2522
Quba-Bakı yolunda qəza  - "Avtomobili məcburən dəmirlərə çırpdım" - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Nə qədər səs siqnalından istifadə etsəm də, əhəmiyyət vermədi"

Avtosfer.az xəbər verir ki, bu sözləri qəzaya düşən 10-LO-038 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü Sabir Əhmədov bildirib.

O, qeyd edib ki, maşında 4 sərnişinidə olub: "18.07.2022-ci il tarixində Qubadan Bakıya qayıdarkən, təxminən saat 07:40 radələrində, bir tərəfli yolda qarşı tərəfdən gələn sürücülərdən biri ötmə əməliyyatı etdi. Bu zaman məsafənin az olmasını gördüm, nə qədər işıq və səs siqnallarından istifadə etsəm də əhəmiyyət vermədi. Avtomobildə 5 nəfər idik. Məndə üz-üzə toqquşmaqdan yayınmaq üçün məcburən avtomobili dəmir arakəsmələrə çırpdım. Şükür olsun ki, ölüm halı baş vermədi. Lakin hər birimiz müəyyən xəsarətlər aldıq.

Qarşımızda ötmə əməliyyatı edən avtomobilin sürücüsü isə, heç bir qəza baş verməmiş kimi heç dayanmadı. Həmin an Bakıdan Quba istiqamətində hərəkət edən avtomobillər çox idi. Mütləq ki, kimdəsə video registrator vardır və kimdəsə həmin anlar qeydə alınıb. Xahiş edirəm həmin anlar kimdəsə qeydə alınıbsa mənə o sürücünün tapılıb cəzalandırılmasında yardımcı olasınız."-deyə qəzaya düşən sürücü Sabir Əhmədov qeyd edib.

Press.az 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh