Quba yolunda dəhşətli QƏZA: Maşından xəsarət almadan çıxdı - VİDEO

Bu gün saat 05:30 radələrində Bakı-Quba-Rusiya sərhədi magistral yolunun 121-ci kilometrliyində ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, Şabran rayonu ərazisində “KamAZ” və “Mercedes” markalı yük avtomobilləri toqquşub.
Belə ki, “KamAZ”ın sürücüsü yanacağın bitməsi səbəbi ilə nəqliyyat vasitəsini yolun sağ hərəkət zolağında saxlayıb. Bu zaman arxadan gələn “Mercedes” markalı yük maşını öz yolu ilə hərəkətdə olarkən arxadan ona çırpılıb.
Baş DYP İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev bildirib ki, hadisə nəticəsində ölüm faktı və ya xəsarət alan olmayıb:
“Təəssüflər olsun ki, dəfələrlə edilən xəbərdarlıqlara və görülən tədbirlərə baxmayaraq, hələ də bəzi sürücülərin qaydalara biganə yanaşması, yanacaq çəninə kifayət qədər yanacaq vurmamaları və yolun hərəkət hissəsində nəqliyyat vasitələrini saxlamaları bu kimi hadisələrə gətirib çıxarır. Sürücülərdən xahişimz və tələbimiz ondan ibarətdir ki, yola çıxarkən nəqliyyat vasitəsinin sazlığına və yanacaq çənina diqqətlə yanaşsınlar”.(qafqazinfo)
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO











