Qubada 2 bacının öldüyü avtoqəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI - FOTO

Ötən gün Quba rayonunun Qaraçay kəndi ərazisində "Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı iki nəfər həyatını itirib, iki nəfər xəsarət alıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, həlak olanlar 1972-ci il təvəllüdlü Ədalət Tofiq qızı Baxışova və onun bacısı 1974-cü il təvəllüdlü Validə Tofiq qızı Dənyarova, xəsarət alanlar isə 1995-ci il təvəllüdlü Taleh Sərkərov və 1970-ci il təvəllüdlü Rahim Baxışov olublar. Onlar ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 22-də, saat 18:40-da Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
"1970-ci il təvəllüdlü şəxsə döş qəfəsinin, qarının küt travması diaqnozu təyin edilib və Reanimasiya şöbəsinə yerləşdirilib. 1995-ci il təvəllüdlü şəxsə isə sol bud sümüyünün yuxarı 1/3 hissəsinin yerdəyişmiş sınığı diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilib.
Həmçinin hadisə zamanı iki nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.
İki yük maşını toqquşdu; partlayış baş verib, ölən var - VİDEO
Naxçıvanda iki avtomobil toqquşdu - “Niva” aşdı - FOTO
Təhlükəli manevr edərək qəza törədən "Prius" sürücüsü cəzalandırıldı - VİDEO
Tikinti kranı qatarın üzərinə düşdü - 29 ölü - FOTO - YENİLƏNİB
Naxçıvanda yolun buz bağlaması qəzaya səbəb oldu - VİDEO
Türkiyəyə müalicəyə aparılan azərbaycanlı gənc öldü - FOTO
Tovuzda yük avtomobilləri toqquşdu - VİDEO - YENİLƏNİB
Xaçmazda 3 avtomobil toqquşdu - FOTO - YENİLƏNİB
Yüksək sürət 21 yaşlı gənci öldürdü – 19 yaşlı sürücü ağır qəza törətdi - FOTO - VİDEO
Gürcüstanda qəzada yaralanan azərbaycanlı qız öldü - FOTO
Zaqatalada avtomobil aşdı - Ölən və yaralanan var











