
Qubada ağır qəza: Yük maşınına çırpılan “KIA” aşdı, ana və qızı.. - VİDEO
Qəzalar
21 Noyabr 2023 20:51
Oxunub 3692

Quba rayonu Günəşli kəndində nəqliyyat vasitələrinin iştirakıyla qəza baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 18-də səhər saatlarında qeydə alınıb. Belə ki, 99-JN-675 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşını, 77-XL-701 dövlət nömrə nişanlı “KIA” markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə yük maşınına çırpılan minik vasitəsi yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişinlər - 39 yaşlı qadın və 13 yaşlı qızı aldığı xəsarətlərlə Şabran Mərkəzi Xəstəxanasına aparılıb.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR