Qubada avtomobil dərəyə aşdı: komaya düşən sürücü öldü - FOTO

Bakı-Quba magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən məlumatına görə, rayonun Vəlvələ kənd sakini, 1987-ci il təvəllüdlü Qismət Adil oğlu Ağakişiyev idarə etdiyi 90-FZ-930 dövlət qeydiyyat nömrə nişanlı, "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca çırpılaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü ağır kəllə-beyin travması alıb və koma vəziyyətində Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralının vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Bakı-Quba yolunda "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşan sürücü xəstəxanada ölüb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alaraq komaya düşən sürcü, 1987-ci il təvəllüdlü Qismət Adil oğlu Ağakişiyev həkimlərin səylərinə baxmayaraq yerləşdirildiyi Quba mərkəzi rayon Xəstəxanasında ölüb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












