Banner

Qubada minik avtomobilləri toqquşub, xəsarət alanlar var - VİDEO

Qəzalar 5 Dekabr 2020 14:02 Oxunub 796
Qubada minik avtomobilləri toqquşub, xəsarət alanlar var   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Quba rayonunda yol qəzası olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "Volkswagen Passat" avtomobilləri toqquşub.

Nəticədə VAZ-da olan Talabı kənd sakinləri - Absalam Seyidəliyev və Mahirə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Regional Diaqnostika və Müalicə Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh