Qubada pararaşütçü qəza törədərək öldü - FOTO - VİDEO

Qəzalar 7 Oktyabr 2024 09:13 Oxunub 136
Qubada pararaşütçü qəza törədərək öldü   - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Quba rayonunda paraşütçü uçuş zamanı qəza edib. Avtosfer.az xəbər verir ki, hadisə dünən rayonun Qırız Dəhnə kəndində baş verib.

Belə ki, uzun müddət həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.

Hadisə nəticəsində paraşütçü sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, Şamo Mehdiyev tanınmış stomatoloq olub.

Əslən Laçından olan həkim uzun müddətdir həvəskar şəkildə "skydive" idman növü ilə məşğul olurmuş.

Qeyd edək ki, Şamo Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh