Qubada “VAZ” dirəyə çırpılıb, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonu, Quba-Nügədi yolunda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “VAZ” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2002-ci il təvəllüdlü Qədirov Mətləb Bəxtiyar oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












