Qubada yol qəzası baş verib: xəsarət alanlar var

Quba rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı, 40-BN-590 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı qaz borusuna çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü, Quba rayon sakini Quliyev Ceyhun Vələmməd oğlu, habelə sərnişinlər -Xaçmaz rayonunun Bayoba kənd sakinləri - Paşayev Əmirbaba Nazim oğlu və Paşayev Ədalət Nazim oğlu xəsarət alıblar. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
"Report"
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












