Qubada zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba magistralının rayonun Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Xaçmaz rayon sakini Ayaz Şakir oğlu Xankişiyev idarə etdiyi, 50-BO-679 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-21099" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və "Shacman" markalı yük maşınına çırpılıb, daha sonra qarşı tərəfdən gələn, 90-RF-043 dövlət qeydiyyat nömrə nişanlı "Volkswagen-Passat" markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ-21099" markalı avtomobilin sürücüsü A.Xankişiyev və onun sərnişini Dövlət Bəylər oğlu Xankişiyev ddeformasiyaya uğrayan avtomobildən çıxarılaraq Quba Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.
Xəstəxandan bildirilib ki, yarlılara ilkin tibbi yardım göstərildikdən sonra Cərrahiyyə şöbəsinə yerləşdiriliblər: "Avtoqəza zamanı xəsarət alan hər iki yaralı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrində əziklər və sıyrıntılar diaqnozu ilə xəstəxanaya daxil olublar. Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri ağırdır".
Faktla bağlı Quba Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB



















