Qubaya film çəkilişinə gedənlər qəzaya düşdü: Ölən var - VİDEO - YENİLƏNİB

Quba-Alpan-Susay-Xınalıq avtomobil yolunda baş verən qəzada ölən şəxsin kimliyi müəyyənləşib.
Avtosfer.az xəbər verir ki, həmin şəxs Füzuli rayon sakini İlqar Mübaşir oğlu Əhmədovdur.(unikal)
***
Qubada "Ford" yük avtomobili aşıb, ölən və yaralanan var.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Alpan-Xınalıq avtomobil yolunun Qalayxudat kəndi yaxınlığından keçən hissəsində baş verib.
Belə ki, idarəetməni itirən nəqliyyat vasitəsi yolun kənarındakı dərəyə aşıb.
Hadisə nəticəsində 1977-ci il təvəllüdlü Rəhimzadə Ramil Bayram oğlu ağır bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Digər bir nəfər şəxs isə hadisə yerində ölüb. Qəza baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin briqadası cəlb olunub.
Qəzaya düşən şəxslərin film çəkmək üçün Qubanın Qrız kəndinə gedən çəkiliş heyətinin üzvləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.














