Qum fırtınası yol qəzasına səbəb oldu; 5 nəfər xəsarət aldı - VİDEO
Qəzalar
21 İyul 2020 21:06
Oxunub 1336

Rusiyanın Stavropol diyarında qum fırtınası yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 21-də “Budennovsk – Açikulak” avtomagistralının Heftekumsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, qum fırtınası səbəbindən görünüş səviyyəsinin aşağı düşməsi səbəbindən iki “Lada Priora” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













