Qurbanların yaxınları Almaniya hökumətindən təzminat tələb edirlər - FOTO

Almaniyanın Braunşveyq Şəhər Məhkəməsi "Germanwings" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarının Almaniya hökumətinə qarşı qaldırdığı iddialara avqustun 28-də baxmağa başlayacaq. Təxminən 30 iddiaçı 110 min avrodan 500 min avroyadək təzminat tələb edir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Kommersant" Braunşveyq Regional Məhkəməsinin saytına istinadən məlumat yayıb.
"Germanwings" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsi 2015-ci il martın 24-də Barselonadan Düsseldorf şəhərinə uçarkən Fransanın cənubunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 150 nəfərin hamısı həlak olub.
İstintaq zamanı məlum olub ki, ikinci pilot Andreas Lubits ekipaj komandiri kabinəni tərk etdikdən sonra qapını içəridən kilidləyərək təyyarəni qəsdən dağa istiqamətləndirib. Bununla belə, sonradan onun əməlləri "ehtiyatsızlıqdan adamöldürmə" kimi qiymətləndirilib. Prokurorluğun məlumatına görə, Lubits depressiyadan əziyyət çəkib və psixiatrların nəzarətində olub.
İddiaçılar Almaniyanın Nəqliyyat Nazirliyini səhlənkarlıqda ittiham edirlər. Onların fikrincə, dövlət orqanları Andreas Lubitsin uçuşlara yararlılığını lazımi qaydada yoxlamayıb və bu, faciənin baş verməsinə səbəb olub.
Məhkəmə isə iddiaçıların iddiaları təmin etdirmək ehtimalını aşağı qiymətləndirir. Bildirilir ki, zərərçəkənlər eyni ziyana görə başqa hüquqi mexanizmlərdən, o cümlədən aviaşirkətə qarşı təzminat tələbi irəli sürmək imkanından istifadə edə bildikləri hallarda hökumətə qarşı bu cür iddialar nadir hallarda təmin olunur.
Qeyd edək ki, "Lufthansa" şirkətinə məxsus olan "Germanwings" aviaşirkəti (2020-ci ildə fəaliyyətini dayandırıb) hələ 2015-ci ildə həlak olanların yaxınlarına orta hesabla 100 min avro təzminat ödəməyi qəbul etmişdi.

“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












