Qusarda baş verən qəzada xəsarət alanların SON VƏZİYYƏTİ açıqlandı

"5 yanvar saat 18:00-da Qusar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, 1982-ci il təvəllüdlü şəxsə (kişi cinsli) qapalı kəllə-beyin travması, 1988-ci il təvəllüdlü şəxsə (qadın cinsli) döş qəfəsin küt travması, 2017-ci il təvəllüdlü şəxsə (qadın cinsli) isə qapalı kəllə beyin travması, döş qəfəsin əzilməsi diaqnozları təyin olunub.
"Xəsarət alan şəxslər öz istəkləri ilə tibb müəssisəsində müalicə almaqdan imtina ediblər. Qeyd edirik ki, hadisə nəticəsində 2014-cü il təvəllüdlü şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə açıqlamada bildirilib.
Xatırladaq ki, ötən gün Qusar-Şahdağ avtomobil yolunda duman səbəbindən "Nissan Patrul" markalı minik avtomobili ötmə əməliyyatı edərkən idarəetməni itirərək əvvəlcə hərəkətdə olan "Mercedes Viano" markalı sərnişin mikroavtobusuna, daha sonra isə yol kənarındakı ağaca çırpılıb.
(oxu.az)
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR











