Qusarda buzlu yolda avtobus qəzası: 10-dan çox yaralı var - FOTO

Qusar rayonunda sərnişin avtobusu qəzaya düşüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Ləyər kəndi ərazisində qeydə alınıb. Belə ki, "Hyundai" markalı sərnişin avtobusu Mühəndis Qiyasovun idarə etdiyi "Toyota-Pikap" markalı avtomobillə toqquşub. Nəticədə avtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan üç nəfər - "Toyota-Pikap"ın sürücüsü M.Qiyasov, avtobusda olan sərnişinlər - rayonun Hil kənd sakini 1978-ci il təvəllüdlü Ruhiyyə Hüseynbala qızı Əlizadə və 1962-ci il təvəllüdlü Həlimə Müzəffər qızı Fərzəliyeva Qusar Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Avtobusda olan digər 10 nəfərədək yaralı isə Qusar rayonunda fəaliyyət göstərən özəl klinikalardan birinə yerləşdirilib. Qəzaya səbəb yolun buzlu olması ehtimal edilir.
Qeyd edək ki, "Hyundai" markalı avtobus və "Toyota-Pikap" markalı avtomobil Şahdağ Turizm-İstirahət Kompleksinə məxsusdur və səhər saatlarında işçiləri kompleksə apararkən qəzaya düşüb. "Tayota-Pikap"ın sürcüsü isə kompleksin rəsmi şəxslərindən biri olub.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ

















