Qusarda gənc oğlan qardaşının toyundan sonra faciəyə səbəb oldu - TƏFƏRRÜAT

Qusar rayonunda yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan rayon sakini, 2002-ci il təvəllüdlü Bəhram Məmmədbəyovun cinayət işinə baxılıb.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, o, idarə etdiyi VAZ-2110 markalı avtomobillə Qusar rayonunun Yuxarı Qələnxur kəndindən toy məclisində işləyən ofisiantları rayonun Girik kəndinə aparmaq üçün yola düşüb.
Rayonun Həzrə kəndinin daxilində yol hərəkəti qaydalarını pozan sürücü sürət həddini aşıb. O, eyni istiqamətdə yolun sağ kənarı ilə hərəkətdə olan şəxsi vurub.
Nəticədə həmin şəxs aldığı xəsarətlərdən ölüb.
İstintaq orqanı tərəfindən Məmmədbəyovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhram Məmmədbəyov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, etibarnamə əsasında qardaşı Rəşad Məmmədbəyova məxsus avtomobili idarə edib:
"2024-cü ilin oktyabrın 27-də qardaşımın toy məclisi oldu, bununla əlaqədar rayonun Yuxarı Qələnxur kəndində toy etdik. Toy məclisi üçün ofisiantları rayonun Girik kəndindən gətirmişdim. Oktyabrın 27-də saat 19 radələrində toy məclisi bitdi. Sonra ofisiantları götürərək rayonun Girik kəndinə aparmaq üçün avtomobillə yola düşdüm. Avtomobildə 5 nəfər ofisiant olub, arxa oturacaqda oturanlar yatmışdılar. Ön oturacaqda oturan Ramil adlı ofisiant oyaq idi".
Təqsirləndirilən şəxs qeyd edib ki, Həzrə kəndində avtomobillə saatda 60 kilometr sürətlə hərəkət edib, kəndin daxilində heç bir işıqlandırma olmadığı üçün görünüş məsafəsi zəif olub: "Qarşı tərəfdən ağ rəngli "Ford" markalı yük avtomobilinə bənzər avtomobil hərəkət edirdi. Avtomobil çox sürətlə yaxınlaşdı. İşıqları çox güclüydü, uzaqvuran işıqlar qoşulmuşdu. Arada 20-25 metr məsafə qalmış gözlərim anidən qamaşdı, yolu yaxşı görmədim. Göz qamaşması təxminən 2 saniyəyə qədər davam etdi. Qəfil yolun sağ kənarında, yolun hərəkət hissəsi ilə eyni istiqamətdə hərəkət edən qara geyimli piyadanı gördüm. Dərhal əyləci sıxdım. Lakin məsafə az olduğu üçün avtomobili saxlaya bilmədim. Maşın piyadanı ön sağ hissəsi ilə vurub keçdi, piyada yoldan kənara düşdü.
Avtomobilimi 15 metr sonra yolun sağ kənarında saxladım. Təcili tibbi yardıma zəng etdik. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəldi. Törətdiyim əməldən peşmanam".
Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 3 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilib.
Təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Sumqayıtda “Mercedes” aşdı - Ölən var
Sərxoş halda yola çıxan piyadanı maşın vurub öldürdü - VİDEO
Avtoqəzalarda 140 nəfər həlak olub - Hadisələrin 32,9 faizi həftənin ...
Bakıda özünü maşının qabağına atan piyada belə vuruldu - DYP xəstəxanaya çatdırdı - VİDEO
Binədə iki avtomobil TOQQUŞDU: Xəsarət alan var - FOTO - VİDEO
Aeroport şosesində qorxunc qəzanın ANBAAN VİDEOSU
Çin istehsalı olan iki maşın toqquşdu - VİDEO
Biləcəridə “Prius” avtobusa çırpıldı - VİDEO
Müğənni qəza törətdi - Efriə taksi ilə gəldi - FOTO
Qəbələdə “VAZ” və “Mercedes” toqquşdu, sürücülərdən biri… - VİDEO
Şəmkirdə qəza: “Mercedes”lə toqquşan yük maşını aşdı - VİDEO










