Qusarda yük avtomobilinin aşdı - FOTO - YENİLƏNİB

Noyabrın 3-də saat 12:40-da Quba-Qusar avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iki nəfər (kişi) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Məlumatda qeyd olunub ki, 1979-cu il və 1988-ci il təvəllüdlü şəxslərə epidural hematoma, alın sümüklərinin, sol bazu və sağ əlin sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib:
"Vəziyyətləri orta-ağır qiymətləndirilən hər iki pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir".
***
Quba-Qusar yolunun Xucbala kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 99-DO-828 dövlət qeydiyyat nişanlı "MAN" markalı yük avtomobilinin sürücüsü Rasim Mutayev idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarına aşırıb.

Qəza nəticəsində sürücü və sərnişin Sərdar Cəfərov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.
Avtomobili qaz xəttinə çırpıldı - 160 abonent qazsız qaldı - FOTO
Yük maşınına çırpılan “Chevrolet” dərəyə düşdü - VİDEO
Qadın sürücü zəncirvari qəzaya səbəb oldu, özü isə yaralandı - VİDEO
Ağ şəhərdə avtomobil yol kənarındakı dirəyə çırpıldı - VİDEO
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri - VİDEO
Suraxanıda idarəetmədən çıxan “VAZ” ağaca çırpıldı - VİDEO
Zığ yolunda baş verən zəncirvari qəzanın ANBAAN VİDEOsu
Bakıda qəza: “Nissan” bordürə çıxaraq işıq dirəyinə çırpıldı - VİDEO
Toy karvanında həlak olan gənclərin FOTOsu
Sükan arxasında telefondan istifadə CAN ALDI - FOTO
"BMW" ağaca çırpıldı, 2 azərbaycanlı həlak oldu - Toy kortejində qəza - FOTO











