Ramanada qəza: Özünü itirən sürücü "moyka"da yuyulan maşını vurdu - ANBAAN VİDEO

Avtosfer TV 7 Mart 2025 17:00 Oxunub 1296
Ramanada qəza: Özünü itirən sürücü "moyka"da yuyulan maşını vurdu  - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz|

Bakının Sabunçu rayonundakı avtoyuma məntəqələrindən birində baş vermiş qəza anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 2-də saat 18:44 radələrində Ramana qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil park edilmiş “Toyota Prius” markalı maşını vurub. Kadrdan da göründüyü kimi, “Hyundai”ın sürücüsü düzgün manevr edə bilmədiyi üçün “Prius”la toqquşub. Xoşbəxtlikdən maşını təmizləyən sürücü vaxtında geriyə qaçaraq qəzadan xilas olub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh