“Range Rover” “KİA” ilə toqquşdu – FOTO

Bakıda təmir gedən yolda sürücü diqqətsizliyi və yol hərəkəti qaydalarının pozulması qəzaya səbəb olub.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Qəza yolun təmir gedən və hərəkət hissəsinin ensizləşdiyi ərazidə baş verib. Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olan “KİA” markalı avtomobilin sürücüsü Valeh Həsənov yolda təmir getdiyini nəzərə almayıb və sürət həddini şəraitə uyğun seçməyib.
Sürət yüksək olduğundan, qarşıdakı maneəni görən sürücü avtomobili saxlaya bilməyib və qarşıdan gələn “Range Rover” markalı avtomobilin yoluna çıxıb.
Nəticədə avtomobillər toqquşub, zərbənin gücündən “KİA” markalı maşın yolun kənarındakı yarğana aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
“KİA”nın sürücüsünün yaxınları hadisənin yolun təmir gedən hissəsinin işıqlandırılmaması və müvəqqəti yol nişanlarının olmaması üzündən baş verdiyini iddia edirlər.
Qeyd edək ki, təmir gedən ərazidə maksimal sürət həddi 30 km/saatdır. Hər iki avtomobil bu həddi aşıb və nəticədə qəzadan yayınmaq mümkün olmayıb.
Faktla bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












