“Range Rover”lə qəza törədən gənc öz ad günü məclisindən çıxıbmış

Ötən ilin 29 sentyabrında saat 23 radələrində Pirşağıda 44 yaşlı Raqif Abbasovun ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisəni törətmiş 2001-ci il təvəllüdlü sürücü Elgün Kərimova hökm oxunub.
O, Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü (Sərxoş halda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən qaçma) maddələri ilə təqsirli bilinib.
Məhkəmədə bildirilib ki, Elgün Kərimov fərdi qaydada əmlak alqı-satqısı ilə (“makler” fəaliyyəti) məşğul olurmuş. Sentyabrın 29-da onun ad günü imiş və atası Elçinlə, eləcə də bir neçə digər “makler” dostları ilə Pirşağıdakı məşhur restoranlardan birinə gəliblər. Elgün restorana hadisədən bir gün əvvəl icarəyə götürdüyü “Range Rover Sport” markalı avtomobillə gəlib. Onlar ad günü mərasimində yeyib-içiblər və Elgün gecə saatlarında avtomobilə minərək getmək istəyərkən icarəyə götürdüyü nəqliyyat vasitəsilə 44 yaşlı kişini vurub. Onun atası və digər şəxslər yaralını xəstəxanaya aparsa da, Elgün hadisə yerindən uzaqlaşıb. Yaralı şəxsin isə həyatını xilas etmək mümkün olmayıb.
Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində bildirib ki, zərərçəkmiş tərəfə maddi zərərə görə 18 min manata yaxın ödəniş ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 oktyabr tarixli hökmü ilə ona 6 il həbs cəzası verilib. Cəzanın başa çatmasından sonra Elgün Kərimovun sürücülük hüququ 3 il 6 ay müddətə məhdudlaşdırılacaq.
(qafqazinfo)
Balaxanıda “Prius” işıq dirəyinə çırpıldı - VİDEO
Bakının mərkəzində zəncirvari qəza; “Prius”, “KIA” və Changan” toqquşdu - VİDEO
Beyləqanda iki minik avtomobili toqquşdu - 3 nəfər xəsarət aldı - FOTOLAR
İdarəetmədən çıxan “Mercedes” beton maneənin üzərinə dırmandı - VİDEO
Naxçıvanda “BMW” ilə toqquşan “Hyundai” tanınmaz hala düşdü - VİDEO
Aeroport şosesində dəhşətli qəza - ANBAAN VİDEO
Bakıda "Qazel" motosikletlə toqquşdu: Ölən var
Bakı Dairəvi Yolunda qəza: "BMW" betona çırpıldı - VİDEO
“Changan” aşıb ağaca çırpıldı; 17 yaşlı sürücü öldü - FOTO
Bakıda avtobus dəhşətli qəza törətdi: piyada son anda ölümdən xilas oldu - VİDEO
“Mazda”ilə qəza törətdi - Piyada ÖLDÜ










