Reklam lövhəsi avtomobillərin üzərinə aşdı - VİDEO

Küləyə davam gətirməyən nəhəng reklam lövhəsi yoldakı avtomobillərin üzərinə aşdı. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, izləyənləri dəhşətə gətirən bu görüntülər Meksikanın Metepek şəhərində lentə alınıb. Hərəkətdə olan avtomobillərin sürücü və sərnişinləri bir anda ölümlə üz-üzə qalıb.
Avtomobillərin tavanı metal lövhənin ağırlığına davam gətirməyərək çöküb. Bu vaxt 2 avtomobildəki 5 nəfər möcüzə nəticəsində sağ qalıb. Əraziyə cəlb olunan təcili tibbi yardım briqadaları yaralıları xəstəxanaya çatdırıb. Xəsarət alanların həyatı üçün təhlükənin sovuşduğu açıqlanıb.
Hadisənin baş verdiyi yolda nəqliyyatın hərəkəti bir neçə saatlıq dayanıb. Reklam lövhəsi qaldırıcı kranla ərazidən uzaqlaşdırıldıqdan sonra avtomobillərin hərəkəti bərpa edilib.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












