Banner

Relsdən çıxan qatarı yandırdılar - VİDEO

Qəzalar 3 Noyabr 2021 18:55 Oxunub 954
Relsdən çıxan qatarı yandırdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Çilinin Viktoriya ştatında yük qatarı qəzaya uğrayıb. 

Unikal.org xarici  KİV-ə istinadən xəbər verir ki, Cənubi Makrozona bölgəsində yük qatarı relsdən çıxıb. Belə  ki,  relsdən çıxan qatarın 4 vaqonu və lokomotivi naməlum  şəxslər  tərəfindən yandırılıb.

Bölgə rəsmiləri hadisənin terror aktı kimi qiymətləndirilməsinin lazım olduğunu vurğulayaraq, hələlik heç bir qruplaşmanın hücuma görə məsuliyyəti üzərinə götürmədiyini və bölgədə qatarların hərəkətinin dayandırıldığını bildirib.

Qatar La-Araucania bölgəsində kağız istehsalı üçün sellüloz daşıyırmış. Faktla  bağlı araşdırma aparılır.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh