“Renault” gözləmədi, zəncirvari qəza yaratdı -

Bakı-Qazax magistralının 1-ci kilometrliyində, Gəncə şəhəri ərazisində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, Samux rayonunun Zazalı kəndi istiqamətindən magistrala çıxan "Renault" markalı avtomobil digər nəqliyyat vasitələrinin hərəkətini gözləmədiyindən zəncirvari qəzaya səbəb olub. Belə ki, "Renault" Gəncə istiqamətində hərəkətdə olan "Mercedes E-Class" markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən "Mercedes" yoldan çıxıb və Bakı istiqamətində hərəkətdə olan digər "Mercedes C-Class" markalı avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Yolun Bakı istiqamətində olan hərəkət hissəsi qismən bağlanıb.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












