Rusiya nömrə-nişanlı avtomobil aşdı - Zaqatalada

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, bu barədə Zaqatala rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, noyabrın 13-ü saat 23:30 radələrində rayonun Höytala kənd sakini, Ramazan Abdulla oğlu Kahayev idarə etdiyi “VAZ 2109” markalı, Rusiya dövlət qeydiyyat nömrə nişanlı avtomobil Danaçı kəndində yolun kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər - Höytala kənd sakini, 1982-ci il təvəllüdlü Rafael Məmməd oğlu Kahayev və Danaçı kənd sakini, 1982-ci il təvəllüdlü Şahin İslam oğlu Ciracov müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (RMX) aparılıblar. MRX-dan verilən məlumata görə, Ş.Siracovun vəziyyəti qismən ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. R.Kahayevin xəsarətləri yüngül olduğundan ona lazımı tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












