Rusiyada azərbaycanlı biznesmen və oğlu yol qəzasında ölüb - FOTO

Rusiyanın Saxalin vilayətində dəhşətli avtomobil qəzasında həlak olan azərbaycanlıların şəxsiyyəti müəyyənləşib. Avtosfer.az xəbər verir ki, Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan Kərimovun APA-nın Rusiya bürosuna verdiyi məlumata görə, qəzada ölənlər Azərbaycan vətəndaşları, Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuş Lətif Həsənov və oğlu Elnur Həsənovdur. C.Kərimov Lətif Mədət oğlu Həsənovun Nevelsk şəhərində bizneslə məşğul olduğunu söyləyib: "Lətif Həsənovun bir neçə ərzaq mağazası var. Bu dəhşətli hadisə də oğlu ilə Cənubi Saxalindən Nevelskdə yerləşən mağazalarına mal gətirərkən baş verib. Hazırda həmyerlilərimizin cəsədləri Cənubi Saxalindədir. Hava şəraiti pis olduğundan cəsədlərin Azərbaycana göndərilməsi yubanır".
**
13.50
Rusiyanın Saxalin vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 azərbaycanlı ölüb. Hadisə ötən şənbə günü günorta saatlarında baş verib. Belə ki, azərbaycanlı ata-oğulun içində olduğu “Toyota Kluger” markalı avtomobil Oqonki-Nevelsk yolunun 6-cı kilometrində avtokranla toqquşub. Cənubi Saxalindən Nevelksə hərəkət edən avtomobili oğul idarə edirmiş. Onu yuxu tutduğundan yolun kənarında park vəziyyətində olan avtokranı görməyib. Avtomobil yüksək sürətlə avtokrana çırpılıb. Nəticədə ata və oğul hadisə yerində ölüblər. Onların şəxsiyyətləri müəyyənləşdirilir. Azərbaycanlıların meyitləri hazırda Cənubi Saxalindədir və dəfn olunmaq üçün vətənə göndərilmələri üçün hazırlıq görülür.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO















