Rusiyada azərbaycanlı qəzaya düşdü – VİDEO

Sərxoş Xabarovsk sakini zəncirvari qəza törədib. Avtosfer.az xəbər verir ki, bu barədə anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, şəhərdə yerləşən "Tikiş fabriki" yaxınlığında sərxoş sürücünün idarə etdiyi avtomobil 4 maşını əzib. Hadisə zamanı xəsarət alan Çin Xalq Respublikasının 39 yaşlı vətəndaşı üçün polis tərəfindən əraziyə dərhal təcili yardım maşını çağırılıb. Çünki o, qəzadan sonra boyun nahiyəsində ağrılar olmasından şikayətlənib. Lakin təcili yardım əməkdaşları onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac görməyiblər.
Hadisəyə səbəb "Kraun" markalı avtomobilin maşınlar arasında manevr etməsi olub. Belə ki, bütün maşınlar eyni istiqamətdə hərəkət etdiyi vaxt həmin avtomobilin sürücüsü maşınlar arasında manevr edirmiş.
Hadisə vaxtı sərxoş sürücü idarə etdiyi avtomobillə əvvəlcə "Toyota" markalı avtomobilə dəyib. Həmin avtomobil də öz növbəsində "Nissan" markalı maşına dəyib və dayanıb. "Kraun"un sürücüsü bununla da kifayətlənməyib və yola çıxarkən bu dəfə azərbaycanlı sürücünün "Toyota" markalı maşınını vurub. Daha sonra isə "Nissan" markalı maşına dəyərək dayanıb. Sonuncu qəzaya uğrayan avtomobildə Çin Xalq Respublikasından olan cütlük olub.
Qəzaya görə avtomobilin sürücüsünə protokol tərtib edilib. Qəzanı törədən şəxs isə 30 min rubl (645 manat) cərimə və iki il müddətinə sürücülük hüququndan məhrum edilib.
Naxçıvanda qəza: Ölən var
Bakıda dairəyə düzgün daxil olmayan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Qaxda ağır qəza: Yük avtomobili ağaca çırpıldı - VİDEO
Qusarda AĞIR QƏZA: Yük avtomobili aşdı, sürücü həyatını itirdi - VİDEO
Bakıda AĞIR QƏZA: Avtomobil ikiyə bölündü - VİDEO - YENİLƏNİB
Velosipedlə yola çıxan azyaşlı avtomobillə toqquşdu: Sürücü onu ölümdən xilas etdi - VİDEO
Sumqayıtda zəncirvari qəza: Üç avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
Ürək tutmasından öldü - Qəzaya səbəb oldu
Bakıda film kimi hadisə - Əks yola çıxan “Changan” “KİA” ilə toqquşaraq aşdı - VİDEO
Bakı-Quba yolunda toqquşan yük maşınları zəncirvari qəza törətdi; 8 avtomobil… - VİDEO
“Tofaş” və “BMW” toqquşdu - Sürücülərdən biri öldü - AÇIQLAMA










