Rusiyada binada güclü yanğın, 8 nəfər öldü - VİDEO
Qəzalar
12 Yanvar 2021 09:38
Oxunub 978

Rusiyanın Yekaterinburq şəhərində yanğın baş verib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, hadisə Kirov rayonunda 1982-ci ildə tikilmiş doqquz mərtəbəli yaşayış binasında qeydə alınıb.
İnsident nəticəsində səkkiz nəfər həlak olub. Xilasedicilər binadan 90 nəfəri təxliyə edib.
Yanğın 30 kv.m. ərazini əhatə edib.
İnsidentin səbəbi müəyyənləşdirilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













