Rusiyada hərbi təyyarə yerə çırpıldı, onlarla insan öldü - VİDEO
Qəzalar
24 Yanvar 2024 14:00
Oxunub 722

Rusiyada qəzaya uğrayan “İl-76” təyyarəsinin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş və mübadilə üçün Belqorod vilayətinə aparılan 65 hərbçisi, üç müşayiətçi və altı heyət üzvü olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
13:18
Rusiyanın Belqorod vilayətində “İl-76” hərbi təyyarəsi qəzaya uğrayıb.
İlkin olaraq məlumatı Rusiyanın “Telegram” kanalları yayıblar.
Bir müddət sonra Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumatı təsdiq edib.
“Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər. Təfərrüat bir müddət sonra açıqlanacaq”, - deyə qubernator vurğulayıb.
İlkin məlumata görə, göyərtədə 63 nəfər olub. Onların hamısının həlak olduğu bildirilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













