Rusiyada iki böyük avtomobil toqquşdu - VİDEO

Rusiyanın Yəhudi Muxtar Vilayətində (Rusiya Federasiyasının subyektlərindən biri, Rusiyada yeganə muxtar vilayət. Paytaxtı Birobican şəhəridir. Moskvadan 8000 kilometr şərqdə yerləşir. Çin Xalq Respublikası və Saxa ilə həmsərhəddir. Federal bölgə olaraq Rusiya Federasiyasının Uzaq Şərq Federal Dairəsinə, iqtisadi bölgə olaraq isə Rusiya Federasiyasının Uzaq Şərq İqtisadi Bölgəsinə daxildir - red.) dəhşətli qəza baş verib. Betonqarışdıran maşınla avtomobildaşıyan maşın toqquşub.
Avtosfer.az-ın AIF.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qəza Smidoviçski rayonunun Klyuçevoye kəndi yaxınlığındakı federal magistral yolda baş verib. Betonqarışdıran maşının sürücüsü qarşıdan gələn zolağa çıxıb və orada avtomobilləri daşıyan yük maşınına çırpılıb. Güclü zərbədən sonra hər iki avtomobil alovlanıb və yanan yük maşınları qarşıdan gələn minik avtomobilinə doğru sürüklənib.
Həmin anlar minik avtomobilinin sürücüsü tərəfindən lentə alınıb.
Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər göndərilib.
Yolun sözügedən hissəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb, hərəkətin əks istiqamətdə tənzimlənməsi tətbiq edilib.
Qəza nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir. Hadisənin baş vermə şəraiti və dəqiq səbəbləri müəyyənləşdirilir.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











