Rusiyada qəzaya uğrayan "An-24" təyyarəsinin dağıntıları altından cəsədlər çıxarıldı

Rusiyanın Amur vilayətində qəzaya uğrayan "An-24" təyyarəsinin qalıqları altından həlak olanların cəsədləri çıxarılıb.
Avtosfer.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsi məlumat yayıb.
İrkutsk vilayətinin rəhbəri İqor Kobzev qəzaya uğrayan "An-24" təyyarəsinin ekipaj üzvlərinin adlarını açıqlayıb. Müvafiq siyahı vilayət qubernatorunun "Telegram" kanalında yer alıb.
Qəzaya uğrayan "An-24"ün ekipaj üzvlərinin siyahısı aşağıdakı kimidir:
1. Təyyarənin komandiri Vyaçeslav İqoreviç Loqvinov, 61 yaş;
2. İkinci pilot Kirill Yevgenieviç Plaksin, 37 yaş;
3. Bortmexanik Vladimir Vadimoviç Voxmintsev, 30 yaş;
4. Bort bələdçisi Anastasiya Sergeyevna Bessmertnaya, 43 yaş;
5. Təyyarə alətləri və elektrik avadanlıqları üzrə texnik Vitali Vladislavoviç Koltunov, 55 yaş;
6. Təyyarə gövdəsi və mühərriklər üzrə texnik Aleksey Viktoroviç Lısenko, 28 yaş.
İqor Kobzev həlak olanların yaxınlarına başsağlığı verib.
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO












