Rusiyada sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ DETALLAR

Rusiyanın Tında şəhəri yaxınlığında "An-24" sərnişin təyyarəsinin qəzaya uğramasına dair yeni detallar məlum olub.
Avtosfer.az bu barədə Beynəlxalq Aviasiya Komitəsinin (BAK) hesabatına istinadla xəbər verir.
Sənədə əsasən qəzadan bir neçə saniyə əvvəl təyyarənin yerə yaxınlaşmasını xəbərdarlıq edən sistemin audioyazısı qeydə alınıb.
"Audioyazının 12:56:41-dən 12:56:44-ə dəqiqəsində xəbərdarlıq eşidilir: "Hündürlüyü yoxla. Yer çox yaxındır. Yer çox yaxın…", - deyə sənəddə bildirilir.
Qeyd olunur ki, həmin andan sonra dispetçer ekipajla dəfələrlə radioəlaqə yaratmağa çalışsa da, cavab verilməyib.
Xatırladaq ki, "An-24" təyyarəsi 24 iyulda Xabarovsk-Blaqoveşensk-Tında marşrutu üzrə uçarkən Amur vilayətində, Tındadan 15 km aralıda qəzaya uğrayıb. Təyyarə ilə əlaqə qəfil kəsilib, daha sonra onun yanmış gövdəsi yerə düşmüş vəziyyətdə aşkar edilib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olublar. Təyyarənin qəzaya uğramasından sonra hadisə yerində qara qutular da tapılıb.
Hadisə ilə bağlı məlum olmuşdu ki, aviasiya orqanlarının "Anqara" aviaşirkətinə texniki xidmətlə əlaqədar iradları olub. Hətta hadisədən əvvəl şirkətin texniki xidmət sertifikatının geri çağırılması nəzərdə tutulub. 30 iyulda isə Rosaviatsiya "Anqara"nın sertifikatını rəsmən ləğv edib.
BAK-ın 16 sentyabrda dərc etdiyi araşdırmanın ilkin nəticələrinə görə, pilotlar uçuş hündürlüyü sistemlərini səhv salmış ola bilərlər. Hesabatda həmçinin o da bildirilir ki, ekipaj yalnız faciədən bir neçə saniyə əvvəl hündürlüyə diqqət yetirib.
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












