Banner

Rusiyanın nəqliyyat təyyarəsi Suriyada qəzaya uğradı - 32 ölü

Qəzalar 7 Mart 2018 09:38 Oxunub 601
Rusiyanın nəqliyyat təyyarəsi Suriyada qəzaya uğradı - 32 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılıb

Rusiyanın "An-26" nəqliyyat təyyarəsi Suriyanın Hmeymim aviabazasına eniş edərkən qəzaya uğrayıb, 26 sərnişin və 6 ekipaj üzvü ölüb. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən məlumat verilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə vurulmayıb, qəzaya texniki problem səbəb ola bilər. Hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh