Saatlıda ağır qəza, ölənlər məmurun qohumlarıdır

Saatlıda qatarla avtomobil toqquşub. İnsident rayonun Sarıcalar kəndində qeydə alınıb. Teplovozla minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləridir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır.
Artıq ağır qəza nəticəsində ölənlərin kimliyi məlum olub. Bu, Ağayev Güloğlan Abı oğlu, Ağayeva Hökumə Murtuz qızı və onların qızı Lamiyədir. Onların hər üçünün Sabirabad sakini olduğu bildirilir.
Qəza barədə virtualaz.org saytının Şirvan bürosu təfərrüatlar əldə edib. Belə ki, tənzimlənməyən dəmir yolu keçidində qatarın vurduğu VAZ-2106 markalı avtomaşının sürücüsü Sabirabad rayonunun Qalaqayın kəndinin baytar həkimi 1957-ci ildə anadan olmuş Ağayev Güloğlan Abı oğlu olub. Hadisə nəticəsində Güloğlan Ağayev, həyat yoldaşı və 15 yaşlı qızı dünyalarını dəyişiblər. Qeyd edək ki, qəzada həlak olmuş bu ailə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənovun yaxın qohumlarıdır. Belə ki qəzada həlak olmuş Güloğlan Ağayevin həyat yoldaşı Həsən Həsənovun bacısıdır.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












