Saatlıda dəhşətli qəza; ailənin 3 yaşlı övladı ölüb, 3 üzvü yaralanıb
Qəzalar
15 İyul 2017 00:01

Avtomobilin sürücüsü, onun qızı və ailənin daha iki üzvü yaralanıb
Saatlı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır vyol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaranuru kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun Soltanabad kənd sakini, 51 yaşlıl Əli Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə maşın yolun kənarındakı ağaca çırpılıb. Hadisə zamanı avtomobildə olan 3 yaşlı Fatma Əli qızı Ağayeva hadisə yerindəcə ölüb. Habelə avtomobilin sürücüsü, onun qızı, eləcə də ailənin biri azyaşlı olmaqla, daha iki üzvü müxtəlif dərəcəli bədən xəsarətlər alıblar. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1692
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
ŞƏRH YAZ












