Sabirabadda "07" bir ailənin 4 üzvünü vurdu

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə 22.30 radələrində Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" markalı 90 FL 503 dövlət nömrə nişanlı avtomobili idarə edən şəxs bir ailənin 4 üzvünü - Sabirabad rayonunun Güdəcühür kənd sakinləri, 1988-ci il təvəllüdlü Salmanova Suqra Vidadi qızı, 1985-ci il təvəllüdlü Salmanova Günel Vidadi qızı, 1977-ci il təvəllüdlü Salmanov Şahin Xanoğlan oğlu və 2006-cı il təvəllüdlü Salmanova Fidan Təmkin qızını vurub. Həmin şəxslərdən ikisi çoxsaylı sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə, sonuncu 2 nəfər isə kəllə-beyin və çoxsaylı sınıq xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












