Sabirabadda mikroavtobus minik maşını ilə toqquşdu: 10 nəfər xəsarət aldı - FOTOLAR

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Şirvan Şəhər Mərkəzi Xəstəxanası məlumat yayıb.
Bildirilib ki, martın 17-də saat 18:15 radələrində baş verən qəza nəticəsində 10 nəfər (1 kişi, 9 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub.
Xəsarət alanlardan 8 nəfərə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, onların vəziyyəti ağır (kişi) və orta ağır (qadın) kimi qiymətləndirilir.
***
Sabirabadda mikroavtobusun iştirakı ilə avtomobil qəzası baş verib, 7 nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində baş verib. “FORD" markalı mikroavtobusla "Ateko" markalı avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Qəza səbəbindən Şirvan-Sabirabad yolunda 40 dəqiqə ərzində böyük tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.
***
Sabirabadda mikroavtobusun iştirakı ilə yol qəzası baş verib. Məlumata görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb. Mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
















